Kənd təsərrüfatı bitkilərinin sığortası bazarı 3 dəfə böyüyüb

12:30 - 3.08.2023


3 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 11 milyon manat sığorta haqqı toplanılıb. 

ABC.AZ  “Renkinq”ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 
Ötən 6 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,7 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).