17:04 - 3.07.2018
3 iyul, Fineko/abc.az. Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yerüstü mədənlərinin iş rejimi müvəqqəti pozulmuşdur.
ARDNŞ-in məlumatına görə, enerji təchizatı ilə bağlı problemlər səbəbindən Qaz İxrac İdarəsinin kompressor stansiyaları, həmçinin Bakı Neft Emalı Zavodu, “Azərkimya” İB-nin müəssisələri və Azərbaycan Qaz Emalı Zavodu qəza rejimində fəaliyyətini dayandırmışdır.
“Hazırda ARDNŞ müəssisələri normal fəaliyyətini davam etdirirlər”, - deyə şirkətdən bildirilib.
28 İyul 2026