16:53 - 27.07.2023
27 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 10.8 milyon dollar dəyərində məhsul ixrac edib.
ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4.4 dəfə və ya 37.1 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 47.9 milyon dollar dəyərində məhsul ixrac edib.