Naxçıvanda buna əməl etməyən fermerlərə subsidiya verilməyəcək

16:42 - 27.07.2023


27 iyul, Fineko/abc.az. Naxçıvanda növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə sənədləri düzgün formalaşdırılmayan təsərrüfat sahibləri və icra nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova məlumat verib.

Qeyd olunub ki, təsərrüfat sahiblərinə subsidiyaların vaxtında ödənilməsi əsas prinsiplərdəndir:

"Amma təəssüf ki, bununla bağlı ya sənədlər vaxtında göndərilmir, ya da sənədlərdə bir sıra problemlər olur. Bu səbəbdən növbəti mövsümdə sənədləşdirmə məsələlərinə olduqca ciddi yanaşılmalıdır. Hər kəs öz torpağını əkməlidir".