17:30 - 27.10.2017
Azərbaycanın milli su operatoru “Azərsu” MMC, cari ilin doqquz ay ərzində həyata keçirilmiş fəaliyyəti barədə məlumat verib.
MMC-nin məlumatında deyildiyi kimi, yanvar-sentyabr aylarında “Azərsu” istehlakçılara 191 milyon kubmetr su tədarük edib.
Məlumatda deyilir: “Hesabat dövründə 800 km-dən çox içməli su və kanalizasiya xətləri tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 90 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 152 min nəfərin su təchizatı yaxşılaşdırılıb”.
“Beləliklə, fasiləsiz su təchizatı səviyyəsi ölkə üzrə 66,3 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026