14:28 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 510,3 milyon manatlıq əməliyyat aparılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % çoxdur.
Yarımillik göstəricinin 3 milyard 487 milyon manatlıq hissəsi ilkin bazarda (25,2 % az), 5 milyard 023,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (41 % çox) formalaşıb.