12:07 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Azərbaycanda beynəxalq daşımalarda iştirak edən sürücülərin sayı azlıq təşkil edir.
ABC.AZ-ın məlumatına görə, bunu ABADA-nın hesabat tipli tədbirində qurumun Baş Katibi vəzifəsini icra edən Kənan Qurbanov bildirib.
O qeyd edib ki, bu istiqamətdə, yəni sürücü sayını artırmaq üçün müxtəlif tədbirlər görülür:
"Onlardan biri bizim qurum tərəfindən mütəmadi sürücülər üçün təlimlərin keçirilməsidir. Təlim zamanı onlara beynəlxalq sertifikatlar veririk. Onlar bununla dünyanın 80 ölkəsində işləyə bilərlər. İndiyədək 1137 sürücüyə beynəlxalq sertifikat verilib. Biz bu işi davam etdiririk, bununla yanaşı başqa maarifləndirici işlər də həyata keçirilir".
Müəllif: Elmir Murad