11:43 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Azərbaycandan Bir müddət əvvəl beynəlxalq daşıyıcılar üçün çox təqdirəlayiq addımların atılması bizim tranzit olaraq cəlbediciliyimiz artırdı.
ABC.AZ xəbər verir ki, bunu ABADA-nın hesabat tipli tədbirində qurumun Baş Katibi vəzifəsini icra edən Kənan Qurbanov bildirib. Sözügedən tədbirlərin daşıyıcıların vergi yükünün azaldılmasından, yüngülləşdirilməsindən ibarət olduğunu deyən K.Qurbanov qeyd edib ki, bundan sonra ölkəmizin tranzit imkanları daha da genişlənib.
O qeyd edib ki, bununla yanaşı, icazə kağızları məsələsi də həllini tapıb. "Mart və aprel aylarında daşıyıcılarımızın rahat hərəkəti üçün müəyyən addımlar atılıb. Bununla da, daşıyıcılarımız üçün daha əlverişli və münbit şərait yaradılıb. Bundan sonra Azərbayanın beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı iki dəfədən çox artıb. Gələn aydan etibarən ABADA bölgələrə çıxır, görüşlər keçirib, problemi yerində araşdırmağa başlayacaq. Bizim ən çox daşıyıcılarımız Lənkəran-Astara, Gəncə-Qazax zonasındadır".
Müəllif: Elmir Murad