10:22 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində əcnəbilərin vətəndaşlıq əldə etməsini çətinləşdirmək niyyətindədir.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Qeyd edilib ki, Türkiyənin immiqrasiya siyasətində yeni addımın atılması planlaşdırılır.
Bununla əlaqədar sığınacaq axtaran şəxslərə, xüsusilə də suriyalılara Türkiyə vətəndaşlığının verilməsinin çətinləşdirilməsi istiqamətində işlər aparılır. Yəni bundan sonra Türkiyə sığınacaq axtaranlara vətəndaşlıq verilməsində daha diqqətli olacaq.
Nəşr qeyd edir ki, Türkiyə vətəndaşlığını alıb Avropaya gedənlər var. Aİ-Türkiyə əməkdaşlığı çərçivəsində miqrant axınını nəzarətdə saxlamaq mümkün olacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026