AZAL və “Air Astana” arasında maraqlı müqavilə imzalandı - Detallar

16:10 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Azərbaycan və Qazaxıstanın milli aviadaşıyıcıları Bakı-Almatı-Bakı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalayıb.

ABC.AZ xəbər verir ki, əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında aviasiya kommunikasiyalarının inkişafında mühüm addımdır və iki ölkənin turizm və biznes potensialının inkişafına kömək edəcək.

AZAL və “Air Astana” arasında bağlanan müqavilə Bakı və Almatı arasında səyahət edən sərnişinlərə hər iki aviaşirkətin təklif etdiyi müxtəlif reyslər arasından seçim etmək imkanı verəcək. Bu, səyahət planlamasında rahatlıq və çevikliyi təmin edəcək.

Kod-şerinq müqaviləsi çərçivəsində aviaşirkətlər həftədə 5 dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə birgə uçuşlar həyata keçirəcək.