10:45 - 21.07.2023
21 iyul, Fineko/abc.az. Dünya düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları Basmati istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qadağan olunmuş düyü sortları Hindistan məhsulunun ixracının 25%-ni təşkil edir.
“Basmati istisna olmaqla, tələb olunan həcmdə ağ düyü sortlarının Hindistan bazarında olmasını təmin etmək, həmçinin daxili bazarda qiymət artımını yumşaltmaq üçün Hindistan hökuməti bu sortların ixrac siyasəti qaydalarına dəyişiklik edərək, onların kateqoriyasını “20% rüsumla pulsuz ixrac”dan “qadağan olunmuş”a dəyişdirib.
Qeyd edək ki, Hindistan hökuməti ötən ilin sentyabrında eyni məqsədlə - daxili bazarda mövcud olan düyü həcmlərinə zəmanət vermək və qiymətləri aşağı salmaq məqsədi ilə 20%-lik ixrac rüsumu tətbiq etmişdi.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026