Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin qiyməti kəskin artıb

17:09 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Gürcüstan bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 226,1 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil ixrac edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik ifadədə 74,8% və ya 96,78 milyon dollar artıb, sayı isə 292 ədəd və ya 2% azalıb.

Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.