14:33 - 19.07.2023
19 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.