“VMF” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - FOTO

14:20 - 19.07.2023


19 iyul, Fineko/abc.az. İyulun 19-da Bakı Fond Birjasında “VMF”MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib. 

ABC.AZ xəbər verir ki, tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada emitentin anderrayteri Unicapital İnvestisiya Şirkəti tərəfindən 100% uğurla yerləşdirilib.

İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 3 aydan bir təşkil edir.

Mərasimin sonunda VMF istiqrazları üçün “Açılış Zəngi”nin çalındığı tədbirdə, yerli və xarici şirkətlərin rəsmiləri ilə yanaşı  Mərkəzi  Bankın, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin səlahiyyətli nümayəndələri də iştirak edib.

Xatırladaq ki, bu hərrac “Unicapital”ın son aylarda həyata keçirdiyi 4-cü 100% uğurlu yerləşdirmədir.