Vahid Mustafayevin şirkəti 1 milyon manatlıq istiqraz buraxdı

10:05 - 19.07.2023


19 iyul, Fineko/abc.az. Biz ilk özəl Azərbaycan şirkətiyik ki, istiqraz buraxırıq və mən bununla çox fəxr edirəm ki, biz birincilər sırasındayıq, birinciyik.

ABC.AZ xəbər verir ki, bunu Bakı Fond Birjasında "VMF" MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının Açılış Zəngi mərasimində Şirkətin prezidenti Vahid Mustafayev bildirib.

Məbləğə toxunan V.Mustafayev  qeyd edib ki, bir milyon rəqəmi şirkətə kifayət qədər uyğun olan rəqəmdir.

O fikrini belə əsaslandırıb:

"1 milyon manat bizə uyğun məbləğdir ki, onunla  başlayaq, bu sektorda hərəkətlər edək. Daha sonra sözsüz ki, 18 ay davam edəcək, 18 aydan sonra biz yeni istiqrazlar buraxacağıq. Onların artıq rəqəmləri daha böyük olacaq".

Qeyd edək ki, sözügedən istiqrazlar illik 13 faiz dərəcə ilə buraxılıb və istiqrazların sayı 10,000 ədəddir.

Müəllif: Elmir Murad