"Togg" 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək

16:57 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır jurnalistlərə açıqlaması zamanı deyib.

"Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək. İstehsal edilən avtomobillərin 97 faizi bazara çıxarılacaq. 1 571 stansiya qurulacaq və bütün şəhərlərarası yollarda enerji doldurma məntəqələri yaradılacaq. Togg ilin sonuna qədər 20 min avtomobili ilkin satışa çıxaracaq. 4-5 il ərzində isə avtomobil sayımızın 175 minə çatacağını proqnozlaşdırırıq", - deyə nazir qeyd edib.

Mehmet Fatih Kaçır bildirib ki, avtomobillərdə oturacaq tənzimlənməsindən tutmuş smart ekranlara qədər yüzlərlə çip istifadə edilir. Çip üzərində Qətərlə ortaq bir layihə həyata keçirəcəyik.