Azərbaycana elektrikli avtomobillərin idxalı artıb ya azalıb?

12:18 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən ABC.Az-a daxil olan məlumata görə, bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 17,9 %, ikincinin isə 7,3 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 37,1 % artaraq 3 161 ədəd (47,461 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,2 % artaraq 198 ədəd (21,089 milyon ABŞ dolları dəyərində) olub.