Azərbaycana 6 ayda bu qədər müxtəlif təyinatlı avtomobil idxal olunub

12:01 - 14.07.2023


14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4 % və 37,5 % çoxdur.

6 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,2 dəfə azalaraq 77 ədəd (5,246 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,8 % artaraq 44 937 ədəd (679,509 milyon ABŞ dolları dəyərində) təşkil edib.