11:16 - 13.07.2023
13 iyul, Fineko/abc.az. ABŞ-ın çip istehsalçısı “Nvidia”, dərmanların kəşfi üçün süni intellekt modellərinin inkişafını sürətləndirmək məqsədi ilə biotexnoloji şirkət olan “Recursion”a 50 milyon dollar sərmayə qoyacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər veerir ki, bu barədə açıqlama şirkətdən verilib.
Açıqlamada qeyd edilib ki, “Recursion” “Nvidia”nın bulud platformasında süni intellekt modellərini işlətmək üçün 23.000 terabaytdan çox bioloji və kimyəvi məlumat dəstlərindən istifadə edəcək.
İnvestisiya xəbərlərindən sonra “Nasdaq” birjasında satılan “Recursion” səhmləri 115%-dən çox dəyər qazanıb.