11:37 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını 42,3 faiz artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. Məlumata görə, bununla da qardaş ölkədən Azərbaycana avtomobil sənayesi məhsulları ixracı 52,2 milyon dollara çatdırılıb.
İyun ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,1 faiz artırıb və 9,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.