09:25 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə artdıqdan sonra çərşənbə günü ticarətdə cüzi yüksəlir.
London İCE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:23-də $0,07 (0,09%) artaraq bir barelə $79,47-a çatıb. 11 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,71 (2,20%) artaraq bir barelə $79,40-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:23–də $0,07 (0,09%) artaraq bir barelə $74,90-a çatıb. İyulun 11-də keçirilən hərracların nəticələrinə görə, avqust ayı üçün neft fyuçerslərinin qiyməti $1,84 (2,52%) artaraq bir barelə $74,83-a yüksəldi.
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
31 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026