09:00 - 31.08.2026
31 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Venesuela nefti vasitəsilə ölkəsinin strateji neft ehtiyatlarını bərpa edəcəyini və bu prosesin çox yaxında başlayacağını bildirib.
Tramp sosial şəbəkə hesabında Venesuela ilə əldə olunmuş neft sazişinə dair növbəti bəyanatla çıxış edib. Venesuela nefti ilə həyata keçirəcəyi addımlardan birinin keçmiş prezident Co Bayden dövründə tamamilə boşaldıldığını iddia etdiyi strateji neft rezervlərini yenidən doldurmaq olduğunu vurğulayan Tramp, bunu "Venesueladan ABŞ xalqına bir hədiyyə" kimi qiymətləndirib.
Xatırladaq ki, Prezident Donald Tramp 29 avqust tarixində çıxış edərək Venesuela ilə "dünya tarixinin ən böyük neft müqaviləsini" imzaladıqlarını və bu ölkədəki 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarəti ələ keçirdiklərini bəyan etmişdi.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026