Almaniyada bu avtomobillərin satışı 6 faiz artıb

16:10 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Almaniya Federal Statistika İdarəsi (Destatis) iyun ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatları açıqlayıb.

ABC.AZ xəbər verir ki, elektrikli və lüks avtomobillərə olan tələbat səbəbiylə “Mercedes-Benz”in avtomobil və yüngül ticari avtomobil satışlarının ilin ikinci rübündə 6% artdığı bildirilib.

Buna görə Almaniyada may ayında 6,1% olan illik inflyasiya iyun ayında 6,4%-ə yüksəlib.

Beləliklə, ölkədə inflyasiya səviyyəsi ardıcıl üç ay davam edən enişinə son qoyub.