Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir - Peskov

15:57 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: “Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Moskvanın fikir ayrılıqlarına baxmayaraq Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib:

“Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı anlayır, lakin mövcud fikir ayrılıqlarına baxmayaraq Rusiya, Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir”.