Azərbaycanda bu şirkətə güzəştli kredit verildi

14:55 - 11.07.2023


11 iyul, Fineko/abc.az. “Nobel Boya və Kimya” MMC boya istehsalının genişləndirilməsi layihəsi üzrə güzəştli kredit alıb.

ABC.AZ xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondundan 850 min manat güzəştli kredit əldə edib.

Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.