Neft bahalaşır, Brent bir barel üçün $78,12 təşkil edir

09:35 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki enişdən sonra çərşənbə axşamı hərracda yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09: 30 – a qədər $0,43 (0,55%) artaraq bir barel üçün $78,12-a çatıb. 10 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $0,78 (0,99%) ucuzlaşaraq bir barel üçün $77,69-a düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:30 – a qədər $0,48 (0,66%) artaraq bir barel üçün $73,47-a çatıb. İyulun 10-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust ayı üçün fyuçerslərinin qiyməti $0,87 (1,18%) azalaraq bir barel üçün $72,99-a düşüb.