Laçında söküntü işlərinə 335 min manat xərclənəcək

16:30 - 7.07.2023


7 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Sus yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə keçirdiyi təkliflər sorğusunun nəticəsini açıqlayıb. 

ABC.AZ xəbər verir ki, tenderi "Konsept Holding" MMC  (VÖEN: 1500015641) qazanıb.

Müqavilənin məbləği 335 977 manatdır.