Banklarının qiymətli kağızlara investisiyaları artıb

16:27 - 7.07.2023


7 iyul, Fineko/abc.az. Cari ilin iyunun 1-nə Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları 7 422,0 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə 31,9% çoxdur.

ABC.AZ "Renkinq"ə istindal xəbər verir ki, banklarının maliyyə institutlarındakı depozitləri 4 860,4 milyon manat təşkil edib ki, bu da, ötən il iyunun 1-i ilə müqayisədə 11,5% çoxdur.