15:05 - 7.07.2023
7 iyul, Fineko/abc.az. Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilir: "2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib. Əlavə olaraq bu il Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib".
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026