“Xiaomi”nin avtomobilinin qiyməti neçəyə olacaq?

14:15 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Ən son məlumatlara görə, ilk “Xiaomi” markalı avtomobilin qiymət araşdırmaları tamamlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Xiaomi” avtomobilinin qiymətinin müəyyən edilməsi prosesi başa çatsa da, şirkətə yaxın mənbə dəqiq rəqəm açıqlamayıb.

Bununla belə, maraqla gözlənilən avtomobilin 150.000 yuan, yəni 20.700 dollar civarında başlanğıc qiyməti ilə təklif ediləcəyi barədə məlumatlar ortaya çıxıb.

Müqayisə üçün xatırladaq ki, “Tesla Model 3” Çində 35 000 dollardan başlayan qiymətlə satılırdı. Bu məlumat doğru olarsa, “Xiaomi”nin elektrik avtomobili bazarda ən sərfəli modellərdən biri olacaq. Avtomobilin 2024-cü ilin ilk yarısında təqdim ediləcəyi gözlənilir.