Bakı-Quba yoluna alternativ tikilən yolda artıq ödəniş aparatları quraşdırılır - Ekspert

14:01 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Bakı-Quba, Rusiya Federasiyası dövlət yoluna alternativ tikilən yolda terminallar, ödəniş aparatları quraşdırılır.

Bunu ABC.AZ-a açıqlamasında nəqliyyat üzrə eksprert Aslan Əsədov bildirib.

O qeyd edib ki, terminallar və ödəniş aparatlarının quraşdırılması əvvəldən yolun ödənişli olacağı ilə bağlı deyilənləri təsdiqləyir.  Onun sözlərinə görə, yolda müəyyən əsaslarla qiymət siyasəti həyata keçiriləcək.

"Bu yolun digərlərindən üstünlükləri ondan ibarət olacaq ki, avtomobillər birbaşa sərhəd keçid məntəqəsinə yaxınlaşa biləcək. Düzdü qiymətlər hökumət və Tarif Şurası tərəfindən həyata keçirilir, amma mən düşünmürəm ki, bu yolun ödənişi 4 və ya 5 manat civarında olsun. Hətta hesab edirəm ki, yol istismar olunduqdan hardasa 15 il sonra maya dəyərini, yəni ora qoyulmuş pulu çıxaracaq. Ondan sonra isə yol ödənişsiz də ola bilər".

Müəllif: Elmir Murad