12:02 - 6.07.2023
6 iyul, Fineko/abc.az. Bu ilin ikinci rübündə ABŞ-ın avtomobil istehsalçısı şirkəti “General Motors” ABŞ-a tədarüklərini 18,8% artıraraq bir il əvvəlki 582 401 avtomobildən 691 978 ədədə çatdırıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, aprel-iyun ayları da daxil olmaqla "GM" şirkəti 15 652 elektromobil satıb.
İkinci rübdə “Chevrolet” brendinin satışları 17%, “Cadillac” – 15%, “Buick” – 48%, GMC brendinin satışları isə 18% artıb.
Bu ilin birinci yarısında ABŞ-da "GM" satışları 18% artaraq 1,295 milyon ədəd təşkil edib.
Bundan əvvəl məlum olmuşdu ki, “Toyota” son rübdə ABŞ-da avtomobil satışını 14,9% artıraraq 195,448 min ədədə çatdırıb. Elektriklə işləyən avtomobillərin satışı 51 535 ədəd və ya ümumi həcmin 26,4%-ni təşkil edib.