Son 6 ayda dəmir yolları ilə 3 milyondan çox sərnişin daşınıb

11:23 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a verilən məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

Belə ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 milyon 075 min 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47% çoxdur.

Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 min 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 min 704 nəfər sərnişin daşınıb.