Bakıda Formula 1 bu tarixdə keçiriləcək

11:00 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Formula 1 üzrə 2024-cü il Azərbaycan Qran-prisinin  vaxtı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Bakıda keçiriləcək yarış 13-15 sentyabr tarixlərində baş tutacaq.

24 şəhərdə keçiriləcək yarışlara Bəhreyndə start veriləcək. Bu Qran-pri fevralın 29-dan martın 2-nə qədər olacaq.

Yarışlara isə 6-8 dekabrda baş tutacaq Əbu-Dabi Qran-prisi ilə yekun vurulacaq.