“İrAero” aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

15:07 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Rusiyanın “İrAero” aviaşirkəti iyulun 4-dən Saratovdan Bakıya uçuşlara başlayır.

ABC.AZ aviaşirkətin məlumatına istinadla xəbər verir ki, reyslər “Superjet-100” təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.

Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-də havaya qalxacaq və saat 19:05-də Saratov aeroportunda enəcək. Əks istiqamətdə reys saat 20:20-də havaya qalxacaq və saat 22:55-də eniş edəcək.