“Toyota” şirkəti elektrik avtomobillərinin akkumlyatorlarının ölçüsünü və dəyərini azaldır

12:26 - 4.07.2023


4 iyul, Fineko/abc.az. “Toyota” şirkəti bərk cisim akkumulyatoru texnologiyasındakı irəliləyişdən sonra elektrik avtomobillərinin akkumulyatorlarının ölçüsünü, dəyərini və çəkisini yarıya endirməyi hədəfləyib.

ABC.AZ xəbər verir ki, sözügedən şirkət ən yaxşı akkumulyator mütəxəssisi bildirib ki, akkumulyator materiallarının istehsal prosesinin sadələşdirilməsi çoxdan gözlənilən yeni nəsil texnologiyanın qiymətini aşağı salacaq.

“Toyota” karbon neytrallığı tədqiqat və inkişaf mərkəzinin rəhbəri Keiji Kaita bu barədə açıqlama verib:

“Həm maye, həm də bərk batareyalarımız üçün biz mövcud batareyaların çox böyük, ağır və bahalı olduğu vəziyyəti kökündən dəyişməyi hədəfləyirik. Potensial baxımından biz bütün bu amilləri yarıya endirməyi hədəfləyəcəyik”.