Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur - Baş direktor

11:53 - 4.07.2023


4 iyul, Fineko/abc.az. "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur".

ABC.AZ xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru mətbuat konfransında deyib.

O bildirib ki, yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verilib.

Azərbaycanda bu xəritənin ən son 1957-ci ildə ərsəyə gəldiyini xatırladan Q.Yetirmişli bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.