“Ekolizinq” MMC-nin xalis mənfəəti 18 faizdən çox azalıb

10:08 - 4.06.2026


4 iyun, Fineko/abc.az. “Ekolizinq” MMC-nin 2025-ci ildə xalis mənfəət 78% artaraq 46 055 manatdan 82 010 manata yüksəlib.

ABC.AZ MMC-nin illik maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Ekolizinq” şirkətinin əsas əməliyyat gəlirləri illik müqayisədə 18.4% azalaraq 606 744 manata, satışın maya dəyəri üzrə xərclər 52% azalaraq 46 444 manata enib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 3 milyon 109 min manat olub ki, bu da illik müqayisədə 20.4% azalma deməkdir. “Ekolizinq”in cəmi öhdəlikləri 33% azalaraq 1 milyon 845 min manatdan 1 milyon 237 min manata, cəmi kapitalı isə 9.3% azalaraq 2 milyon 62 min manatdan 1 milyon 871 min manata enib.

Xatırladaq ki, “Ekolizinq” 2014-cü ilə yaradılıb və nizamnamə kapitalı 10 min manatdır. Şirkətin qanuni təmsilçisi Pərvin Bədirxanovdur.