14:55 - 3.07.2023
3 iyul, Fineko/abc.az. Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan reysləri üzrə uçuşlara başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İrəvanın Zvartnots hava limanının Mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.