Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO

14:46 - 3.07.2023


3 iyul, Fineko/abc.az. Son vaxtlar taksi qiymətlərində artım müşahidə olunur.

ABC.AZ Xəzər TV-yə istinadən xəbər verir ki,  taksi xidmətindən yararlananlar arasında sorğu keçirilib.

Məlum olub ki, bahalaşmanı hiss edənlər yalnız xanım sərnişinlərdir.

Kişilər isə qiymət artımına çox diqqət etmədiklərini, əksinə, artımın normal olduğunu bildiriblər.

Taksi sürücüləri də xidmətlərdə müəyyən qədər bahalaşma olduğunu təsdiqləyiblər.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir.