"Tesla" elektromobil istehsalında rekorda nail olub - Hesabat

10:06 - 3.07.2023


3 iyul, Fineko/abc.az. "Tesla" bu ilin ikinci rübündə 479 min ədəd elektromobil istehsal edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət sözügedən dövrdə 466 min 140 ədəd tədarükə nail olub. Bu rəqəmlər şirkətin rüblük istehsal və satışında rekorddur. 

Elektrik avtomobil satışında rekord qıran şirkət, bunu əvvəlki rüblə müqayisədə 10%, əvvəlki ilə nisbətən isə 83% artırıb.

"Tesla"nın ABŞ, Çin və digər ölkələrdə qiymət endirmə strategiyası onun satışları artırmağa kömək etdiyini göstərib. İkinci rübdə isə qiymət endirimləri şirkətin gəlirliliyinə təsir edib. Tesla, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətinin 24 faiz azaldığını bildirib.