AZAL Qurban bayramı münasibətilə bütün istiqamətlərə 20 faiz güzəşt edir

10:15 - 28.06.2023


28 iyun, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramı münasibətilə aviabiletlərə 20 faiz güzəşt təqdim edir.

AZAL-dan ABC.AZ-a bildirilib ki, endirimli aviabiletləri iyunun 28-dən iyulun 2-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr tarixlərində mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

20 faiz güzəşt çarter, kod-şerinq reysləri istisna olmaqla AZAL-ın bütün reyslərinə şamil edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə Çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.