“Naxçıvansığorta”nın İdarə Heyətinin üzvü vəzifəsini tərk edib

16:25 - 25.06.2023


25 iyun, Fineko/abc.az. “Naxçıvansığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsini tərk edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu, Səma Mahmudlu Səyyad qızıdır.

Xatırladaq ki, “Naxçıvansığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6.416 milyon manatdır. Şirkətin səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.