15:36 - 25.06.2023
25 iyun, Fineko/abc.az. İyunun 26-da saat 09:00-dan iyunun 27-si saat 20:00-dək Bakı şəhəri, Nəsimi rayonu Əbdülvəhab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən “Qələbə dairəsi” istiqamətində) tunelin (“Xutor tuneli”) yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
İyunun 26-sı saat 23:00-dan iyunun 27-si saat 06:00-dək paytaxtın Azadlıq Prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
17 Avqust 2026
15 Avqust 2026