Azərbaycana gətirilən işlənmiş avtomobillərə görə utilizasiya haqqı alınacaq

12:12 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqı alınacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi lll oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.