16:51 - 23.06.2023
23 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 205,8 milyon manat kredit verilib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 8,3% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 18,4% artaraq 160,3 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1% artaraq 100 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 43,8 milyon manata düşüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026