15:33 - 23.06.2023
23 iyun, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları QSC “Yeni yük vaqonlarının alınması” layihəsi çərçivəsində Lot 1: neft məhsullarının daşınması üçün 100 ədəd çən vaqonlarının, Lot 2: 70 ədəd qapalı vaqonların satın alınması üçün tender elan edir.
Tenderdə iştirak haqqı 500 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini 07.08.2023 18:00 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Nigar Zeynalova, 994124997315