Vergiyəqədərki mənfəəti azalan investisiya şirkətləri

14:19 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 4-nün ötən il vergiyəqədərki mənfəəti əvvəlki illə müqayisədə çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “ABB-İnvest”, “CPM-İnvest”, “PAŞA Kapital” və “İnvest-AZ”dır.

Ən yüksək dinamika “ABB-İnvest” və “CPM-İnvest”də (2,9 dəfə), ən aşağı dinamika isə “İnvest-AZ”da (30,4%) qeydə alınıb.

5 investisiya şirkətinin – “Azfinance”, “Assist Finance”, “PSG Kapital”, “Unicapital” və “Xalq Kapital”ın isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma “Xalq Kapital”da (57,6%), ən az azalma isə “Azfinance”da (16,8%) qeydə alınıb.

2 investisiya şirkətinin – “Troni” və “MFX-Trading”in vergiyəqədərki zərəri artıb, 1 investisiya şirkətinin – “Plato Capital and Co.”nun isə vergiyəqədərki zərəri azalıb.

1 investisiya şirkəti – “Capital Partners” isə vergiyəqədərki mənfəətdən vergiyəqədərki zərərə keçib. Odur ki, onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.