10:10 - 23.06.2023
23 iyun, Fineko/abc.az. 23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOA Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
Bu barədə ABC.AZ-a Birjadan bildirilib.
Adi adlı sənədsiz səhmlərin sayı 86 min ədəd, hər birinin nominal dəyəri 1 manatdır. Yerləşdirilmə forması "Abunə yazılışı" üsuludur.
Qeyd edilib ki, "BOA Agency" ASC “Bakı Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılması öhdəliyini üzərinə götürür.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026