16:24 - 22.06.2023
22 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti birgə müəssisə yaradacaq.
ABC.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Alixan Smailov arasında danışıqların yekununda imzalanan “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”-də əksini tapıb.
Eyni zamanda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
17 Avqust 2026
15 Avqust 2026